İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kosmosda nüvə silahı YERLƏŞDİRİR

819 15.02.2024 02:32 Dünya A A

Rusiya kosmosa nüvə bombası yerləşdirmək istəyir.

Musavat.com xəbər verir ki, bu barədə ABC News mənbələrə istinadən məlumat yayıb.

Telekanal bildirir ki, bunu Amerika kəşfiyyatının məlumatları sübut edir.

Məlumata görə, mənbələr Rusiyanın kosmosa nüvə silahı buraxmaq istədiyini bildirir. Söhbət silahın peyklərə qarşı mümkün istifadəsindən gedir.

Qeyd olunub ki, fevralın 15-də ABŞ Konqresi “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı brifinq keçirəcək.

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Nümayəndələr Palatasının üzvlərinə şəxsən məlumat verəcəyini təsdiqləyib. Lakin o, hansı təhlükədən danışdığını dəqiqləşdirməkdən imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR