Rusiya Azərbaycanın ünvanına yönəlmiş informasiya kampaniyasını gücləndirir və prosesin yaxın günlərdə daha aqressiv mərhələyə keçə biləcəyi iddia olunur.
Musavat.com xəbər verir ki, bu barədə Minval.az mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, söhbət yalnız ayrı-ayrı ekspertlərin açıqlamaları və ya mediada dərc olunan yazılarla məhdudlaşmır. İddialara görə, həm ölkəyə qarşı ümumi şəkildə, həm də dövlət rəhbərliyinə qarşı hədəfli informasiya hücumlarının yeni dalğasının başladılması planlaşdırılır.
Məlumatda qeyd olunur ki, əsas diqqət rezonans doğura biləcək informasiya “sızdırmaları”na və mənfi ictimai rəy formalaşdırmaq cəhdlərinə yönəldiləcək.
Həmçinin bildirilir ki, kampaniya çərçivəsində Rusiyada yaşayan tanınmış azərbaycanlı ailələrdən birinin nümayəndəsinin də prosesə cəlb oluna biləcəyi ehtimal olunur.
Musavat.com






