İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus raketi Avropanın hava qalxanını deşdi: “Oreşnik” HHM-ni yan keçdi

1319 12.01.2026 19:43 Dünya A A

Almaniya Müdafiə Nazirliyi Rusiyanın “Oreşnik” raketi ilə bağlı ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, nazirliyin Die Welt qəzetinə açıqlamasında bildirilir ki, hazırda Qərbin arsenalında olan aparıcı hava hücumundan müdafiə sistemləri bu raketin qarşısını almaqda aciz qalıb.

Açıqlamada vurğulanır ki, nə İsraildən alınan Arrow-3, nə Almaniyanın IRIS-T, nə Avropa istehsalı SAMP-T, nə də ABŞ-ın Patriot sistemləri indiyədək “Oreşnik” raketini etibarlı şəkildə zərərsizləşdirə bilməyib.

Məlumata görə, bu vaxta qədər endirilən hər iki zərbə zamanı “Oreşnik” səsdən iti (hipersəs) sürəti sayəsində HHM sistemlərindən yayınaraq hədəfə dəqiq çatmağı bacarıb. Almaniya Müdafiə Nazirliyi məhz bu xüsusiyyətin raketi mövcud hava müdafiə arxitekturası üçün son dərəcə təhlükəli etdiyini qeyd edir.

Rəsmi mövqedə bildirilir ki, “Oreşnik”ə qarşı mübarizə üçün yalnız mövcud sistemlərə güvənmək yetərli deyil. Raketin uçuş trayektoriyası, manevr imkanları və texniki xüsusiyyətləri dərin şəkildə öyrənilməli, ona qarşı yeni müdafiə üsulları hazırlanmalıdır.

Bu etiraf Qərbin hava hücumundan müdafiə strategiyasında ciddi boşluqların mövcud olduğunu və hipersəs silahlarının hərbi balansı sürətlə dəyişdirdiyini açıq şəkildə ortaya qoyur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR