İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan seçki rəqəmlərini açıqladı: 27 aydır sərhəddə itki yoxdur

709 09.05.2026 23:15 Dünya A A

Ermənistanda hakim Vətəndaş Müqaviləsi partiyası seçki kampaniyasına təhlükəsizlik və sosial göstəricilər üzərindən start verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, partiyanın seçki mitinqində çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan kampaniyanı bir neçə rəqəmlə xarakterizə edib.

“Ermənistan sərhədlərində qarşı tərəfin atəşi nəticəsində son 27 ayda nə bir hərbçi ölüb, nə də yaralanıb”, - deyə Rubinyan Qafan şəhərində keçirilən tədbirdə bu sözləri işlədib.

O əlavə edib ki, ölkədə məcburi hərbi xidmət müddəti də azaldılıb və altı aya endirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR