Böyük Britaniya yeni elektron müdafiə sistemi olan Stone Cloak-ın əsasını təşkil edən əqli mülkiyyət hüquqlarını Ukraynaya təhvil verəcək.
Musavat.com xəbər verir ki, məlumat Böyük Britaniya Baş naziri Endi Börnemin ofisinin açıqlamasında yer alıb.
Açıqlamaya görə, bu addım 27 iyulda Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri zamanı Britaniya dəniz bazasında elan ediləcək.
Stone Cloak-un istehsal hüquqlarının təhvil verilməsinin "bu texnologiyanın sənaye miqyaslı istehsalına imkan verəcəyi" qeyd olunur. Elektron maneə cihazları planşet kompüter ölçüsündədir və quraşdırıldıqları dronların aşkarlanmasına mane olmaq üçün nəzərdə tutulub. Böyük Britaniya Müdafiə Nazirliyi artıq minlərlə bu cihazı Ukrayna ordusuna təhvil verib.
Musavat.com






