İnsanlara hürriyət, millətlərə istiqlal!

Rotşild ailəsindən Trampa açıq dəstək: Venesuela neftinin qoxusunu aldılar

1188 04.01.2026 01:40 Dünya A A

Rotşild ailəsinin tanınmış nümayəndələrindən olan Nataniel Filip Rotşild ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyata açıq dəstək nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Rotşild sosial şəbəkə hesabında paylaşdığı qısa, lakin diqqətçəkən mesajda ABŞ prezidenti Donald Trampı təbrik edərək sadəcə “Aferin, Donald J. Tramp” ifadəsini yazıb.

Bu paylaşım beynəlxalq siyasi və maliyyə dairələrində geniş rezonans doğurub. Xüsusilə də Rotşild soyadının qlobal maliyyə elitası ilə assosiasiya olunması fonunda bəyanat, Qərb maliyyə çevrələrinin illərlə davam edən sanksiyalar və dərin böhrandan sonra neftlə zəngin Venesuelanı “sürətlə sabitləşdirmək” marağında olub-olmaması barədə yeni spekulyasiyalara yol açıb.

Rotşildin bu açıq dəstəyi təkcə siyasi jest deyil, həm də Venesuelanın gələcək taleyi ətrafında formalaşan böyük geosiyasi və iqtisadi planların ictimai siqnalı kimi qiymətləndirilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR