İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rossiya 1" Şuşadan tele-reportaj yaydı: "Qarabağ bərpa olunur"

2122 18.07.2022 11:46 Gündəm A A

Rusiyada fəaliyyət göstərən "Rossiya 1" telekanalında işğaldan azad olunmuş Qarabağdan bəhs edən telesüjet nümayiş olunub. Reportajın müəllifi Aleksandr Buzaladze erməni işğalından azad olunan "alınmaz qala"da (müəllif belə adlandırır) - Şuşada həyatın normal axarına döndüyünü, tikinti-quruculuq, bərpa işlərinin vüsət aldığını vurğulayır və müvafiq kadrları tamaşaçılara təqdim edir. 

Pozitiv tonda təqdim olunan telesüjetdə şəhərin əsl sahibinin kim olduğu aydın görünür və bu xüsusdakı spekulyativ mübahisənin yersiz olduğunu göstərir. Reportajın adı "şəhərin əsl sahibləri geri qayıdıblar" da qoyula bilərdi. 

Aşağıda həmin telesüjeti izləyə bilərsiniz.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR