İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırovun gənc oğluna növbəti yüksək mükafat: İkinci dəfə ölkə qəhrəmanı oldu

1278 12.06.2026 17:04 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov ikinci dəfə ölkənin ən ali mükafatına layiq görülüb və ona yenidən "Çeçenistan Qəhrəmanı" adı verilib.

Musavat.com xəbər verir ki, gənc Kadırova bu yüksək ad dövlət qarşısındakı müstəsna xidmətlərinə və xalqa fədakarcasına xidmət etdiyinə görə təqdim olunub.

Qeyd edək ki, sözügedən ali mükafatın verilməsi həm də Rusiyanın Milli Günü (Rusiya Günü) bayramı ilə əlaqələndirilib.

Maraqlıdır ki, Adam Kadırov ilk dəfə bu respublikanın qəhrəmanı adını qazanarkən onun cəmi 15 yaşı var idi. Hazırda onun yenidən eyni ali titulla təltif edilməsi regionda və beynəlxalq mətbuatda geniş əks-səda doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR