İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin fotosu AMEA-da divardan asılıb? - VİDEO

1430 20.01.2026 16:22 Ölkə A A

Son günlər sosial şəbəkələrdə barəsində cinayət işi açılmış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin fotosunun hələ də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kitabxanasında saxlanıldığı ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Barometrtv-yə açıqlama verən AMEA prezidenti İsa Həbibəyli bu iddiaları təkzib edib. O bildirib ki, akademiyanın kitabxanasında Ramiz Mehdiyevin fotosu yoxdur və həmin şəkil çoxdan götürülüb.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham olunur. Ona qarşı 278.1-ci maddə (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü maddə (dövlətə xəyanət) və 193-1.3.2-ci maddə (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) üzrə ittihamlar irəli sürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaqın nəticəsi olaraq, 14 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Məhkəmə qərarının müddəti 2026-cı il fevralın 13-də başa çatır.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR