Aktyor-müğənni Murad İsmayıl Rafet El Romanla eyni səhnəni bölüşüb.
Musavat.com xəbər verir ki, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən El Roman səhnəyə Murad İsmayılı dəvət edib.
Onlar “Bana sen lazımsın” mahnısını duet şəklində ifa ediblər.
“Rafet El Roman sevdiyim müğənnidir. Bu duet mənə də sürpriz oldu. Məncə, ifamız tamaşaçıların da xoşuna gəldi. Konsertdən sonra birlikdə söhbət edib, foto da çəkdirdik” - deyə Murad İsmayıl bildirib.
Könül İbrahim
Musavat.com