İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurbanlıq heyvanların satış qiyməti bahalaşıb? Niyə? Bütün suallara cavab bu reportajda! VİDEO

1132 09.07.2022 00:11 Gündəm A A

İyulun 9-u və 10- u ölkəmizdə qurban bayramı qeyd ediləcək. Artıq insanlar qurbanlıq heyvan almağa başlayırlar. Ölkənin müxtəlif ərazilərində heyvan kəsim və satış məntəqələri qurulur.

Bu gün bu məntəqələrin birində olub, prosesin gedişatı ilə maraqlandıq.

Satıcının sözlərinə görə, heyvan daha çox bayram günü alınır. Amma əvvəlcədən də sifarişlər olur: "Heyvanlar müxtəlif xüsusiyyətlərə görə seçilir. Məsələn qurbanlıq qoyun alınanda 6 aydan yuxarı yaşı olan heyvan seçilir. Ən çox üstünlük erkək qoyuna verilir. Deyirlər qara heyvanın əti dadlı olur amma qurbanda açıq rəngli heyvan alınır, buynuzunada qırmızı lent bağlanır. Qiyməti isə onun çəkisindən asılıdır. Ağır qoyun alan çox pul ödəyir. 1 kilosu 8-15 manat arası dəyişir".

Qurban kəsiləndə isə bütün islami şərtlərə əməl olunur.

Bayramda qəssab kəsimi ilə yanaşı yeni texnologiya ilə kəsim də mövcuddur. Burada kəsim insan əli dəymədən , xüsusi avadanlıqlarla həyata keçirilir.

Dinşünas Elşad Miri mövzu ilə bağlı açıqlama verib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı suallarımızı cavablandırıb.

Nərminə Aydın
Foto, video Rafət Şahbazovundur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR