İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada güclü yağış fəsadlar törədib: İstirahət mərkəzi su altında qalıb - VİDEO

707 16.06.2026 14:20 Ölkə A A

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Yağan intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri su basıb.

Daşqın nəticəsində gölün sahilində yerləşən istirahət mərkəzinə məxsus bir neçə tikili və ətraf ərazi su altında qalıb.

Hazırda ərazidə yaranmış vəziyyətin aradan qaldırılması və fəsadların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR