İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorxunc sistem işə salındı-Putin NATO-nu “Oreşnik”lə vura bilər

743 30.12.2025 17:25 Dünya A A

Rusiya bir daha dünyaya meydan oxuyub. Ölkənin Müdafiə Nazirliyi ilk dəfə olaraq “Oreşnik” mobil yerüstü raket sistemini təqdim edib. Bu sistemlə təchiz olunmuş bölmənin təntənəli mərasimi Belarusda baş tutub.

Ekspertlər bildirirlər ki, Rusiya tərəfi “Oreşnik” raket sistemini indiki mərhələdə təqdim etməklə həm də Ukrayna cəhbəsində öz mesajlarını verir. Bir növ dünyaya göstərir ki, yeni təhlükəli silahları müharibənin gedişatında işə salacaq.

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirdi ki, “Oreşnik" Rusiyanın ən yeni orta mənzilli ballistik raket sistemidir” Bu raket sistemi ilk dəfə 21 noyabr 2024-cü ildə Ukraynanın Dnepr şəhərindəki "Yujmaş" zavoduna zərbə endirilərkən sınaqdan keçirilib.

Raket səsdən 10 dəfə sürətlidir (təxminən 10 Mach və ya saniyədə 2.5–3 km). Orta mənzilli hesab olunur, yəni 1000 km-dən 5500 km-ə qədər olan hədəfləri vura bilir. Raketin ən önəmli xüsusiyyətlərindən biri çoxbaşlıqlı (MIRV) sistemə malik olmasıdır. Bir raketdən ayrılan bir neçə blok eyni vaxtda müxtəlif hədəflərə zərbə endirə bilir. Texniki göstəricilərinə və Rusiya tərəfinin iddialarına görə, "Oreşnik"i hazırda vura biləcək hava hücumundan müdafiə (HHM) sistemi yoxdur.

Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, "Oreşnik" sistemi Belarusun ixtiyarına veriləcək. Artıq raket Belarusa təhvil verilib. "Oreşnik"in Belarusa verilməsi NATO ölkələrinə (Polşa, Litva, Latviya) qarşı bir təzyiq vasitəsi hesab oluna bilər. Bu, həm də Rusiya və Belarusun "Müttəfiq Dövlət" (Union State) çərçivəsində vahid müdafiə məkanını gücləndirmək addımıdır.
Raket həm adi, həm də nüvə başlığı daşıya bilər. Belarusda artıq Rusiyanın taktiki nüvə silahlarının olduğunu nəzərə alsaq, bu, regionun təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişir. "Oreşnik” — Rusiyanın ən müasir hipersəs ballistik raket sistemi sayılır. Onun Belarusa verilməsi Minsk və Moskva tərəfindən Qərbin təzyiqlərinə qarşı strateji cavab addımı kimi qiymətləndirilməlidir. Sistemin əsas özəlliyi onun qarşısıalınmaz sürəti və yüksək dağıdıcılıq gücüdür. Hesab edirəm ki, Rusiyanın Belarusa sözü gedən raketi verməsi, gələcəkdə ola biləcək NATO-Rusiya toqquşması üçün indidən hazırlıq mərhələsi kimi qəbul edilə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR