İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb liderləri Hörmüzə alternativ yaradılmasını zəruri sayır

603 17.06.2026 08:26 Siyasət A A

Böyük Yeddilik (G7) ölkələri enerji təchizatı marşrutlarının şaxələndirilməsini və Hörmüz boğazından asılılığın azaldılmasını zəruri hesab edirlər.

Musavat.com xəbər verir ki, bu mövqe G7 liderlərinin Fransada keçirilən sammitinin yekun bəyanatında əksini tapıb:

"Hörmüz boğazı ilə əlaqəli qlobal zəifliyi azaltmaq üçün enerji təchizatı marşrutlarının şaxələndirilməsini sürətləndirməyə sadiqik".

Bəyanatda qeyd olunur ki, "gəmilərin məhdudiyyət və ödəniş olmadan sərbəst keçid hüququ beynəlxalq ticarətin təməlindədir":

"Biz razıyıq ki, Fransa və Birləşmiş Krallıq tərəfindən idarə olunan beynəlxalq müstəqil müdafiə təşəbbüsü Hörmüz boğazında naviqasiyanın bərpa olunmasında mühüm rol oynaya bilər".

Qeyd edək ki, Körfəz ölkələri artıq enerji məhsullarının Hörmüzdənkənar marşrutlarla dünya bazarına çatdırılması üçün ciddi layihələrin icrasına başlayıblar. G7 liderlərinin bu prosesi dəstəkləməsi layihələrin icrasına təkan verə biləcək hadisə kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR