İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda Azərbaycana CƏBHƏ açıldı: yeni görüntülər CANLI-da...

1348 02.06.2023 15:50 Son xəbər A A

Rus sülhməramlılarının müşayiəti ilə Xankəndi-Xəlfəli-Qaybalı yolu ilə qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımalar həyata keçirilir. Bu barədə "Minval"ın Teleqram kanalı məlumat yayıb.

Müxtəlif ölkələrdən isə Xankəndiyə zənglər edilir. Erməni mənbələri məlumat yayıb. Məlumata görə, əvvəllər belə zənglər olsa da, son dövrlər daha da intensivləşib.

“Müxtəlif ölkələrə məxsus nömrələrdən edilən zənglərdə ermənilərə yaşayış səviyyələri, problemləri, Laçın postunun qurulmasından sonra yaranmış vəziyyət, siyasi-sosial proseslər haqqında suallar verilir.

Qarabağdan getmək haqqında düşünüb-düşünmədikləri, evlərini satıb-satmadıqları ilə bağlı maraqlanırlar”, - Qarabağdakı ermənilərin verdiyi məlumatda belə deyilir. Bu zənglər separatçıları qorxuya salıb.

Onlar iddia edirlər ki, bu zənglər Azərbaycan kəşfiyyatının işidir və rəsmi Bakı müxtəlif yollarla erməni əhalisi ilə təmaslarını intensivləşdirir. Bu vəziyyət erməni əhalisinin Azərbaycana reinteqrasiyası prosesini sürətləndirə, nəticə etibarilə, separatçıların mövcudluğuna daha böyük risklər yarana bilər. Bunun qarşısını almaq üçün separatçılar erməni əhalisinə belə zənglərə cavab verməmək çağırışı edib.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə söhbətləşir. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR