İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ şəhidlərinin ailələrinə tarixi qərar: tam təhsil təqaüdü veriləcək

1121 21.01.2026 15:14 Dünya A A

Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşları üçün mühüm qərar qəbul olunub.

Musavat.com xəbər verir ki, Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Yerleşkesi (kampus) Qarabağ şəhidlərinin ailə üzvlərinə 100 faiz təhsil təqaüdü ayrılmasını qərara alıb.

2026-cı il yanvarın 16-da ASBÜ KKTC Rektoru prof. dr. Enver Arpanın sədrliyi ilə keçirilən Yerleşke İdarə Heyətinin iclasında qəbul edilən 2026/01-08 saylı qərara əsasən, Qarabağ müharibəsində şəhid olmuş azərbaycanlıların övladları və həyat yoldaşları universitetdə tam təqaüdlə təhsil ala biləcəklər.

Qərarla bağlı açıqlama verən ASBÜ KKTC Rektoru prof. dr. Enver Arpa bildirib ki, Azərbaycan Qarabağda tarixi və mütləq qələbə qazanıb və bu zəfər bütün türk dünyasının qürur mənbəyidir:

“Şükürlər olsun ki, Azərbaycan Qarabağda mütləq qələbə qazandı və Qarabağ azad olundu. Biz bu zəfəri öz zəfərimiz kimi qəbul edirik və bu müqəddəs yol uğrunda şəhid olanların əziz xatirəsini dərin hörmət və rəhmətlə anırıq".

Rektor vurğulayıb ki, ASBÜ KKTC Yerleşkesi fəaliyyətini “bir millət, üç dövlət” anlayışı əsasında davam etdirir və bu qərar da həmin düşüncənin təzahürüdür:

“Yerleşke İdarə Heyəti olaraq Qarabağ şəhidlərimizin övladlarına və həyat yoldaşlarına təhsil imkanı yaratmaq barədə qərar qəbul etdik. Onların ən keyfiyyətli və layiqli təhsili alması üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq".

Qeyd edilib ki, təqaüdlə maraqlanan namizədlər ncinternational@asbu.edu.tr
elektron poçt ünvanı vasitəsilə müraciət edə və ya https://kktc.asbu.edu.tr/tr/uluslararasi-ogrenciler-icin-kabul-sartlari

linkindən qəbul şərtləri ilə bağlı ətraflı məlumat ala bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR