İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanlı qiyamı yatırtmaq üçün Şoyqudan Tehrana kömək zəngi

721 12.01.2026 22:39 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Shoigunun iranlı həmkarı Ali Larijani ilə telefon danışığı regional gündəmdə ciddi suallar doğurub.

Musavat.com xəbər verir ki, rəsmi açıqlamalarda tərəflərin “təhlükəsizlik üzrə mövqelərin koordinasiyası” barədə razılaşdığı bildirilsə də, zəngin vaxtı və məzmunu diqqət çəkir.

Məlumata görə, Şoyqu söhbət zamanı İrana qarşı “xarici qüvvələrin müdaxilə cəhdlərini” pisləyib və son iğtişaşlarda həlak olanlarla bağlı başsağlığı verib. Eyni zamanda, Moskvanın Tehranla hərtərəfli strateji tərəfdaşlıq sazişi çərçivəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduğu vurğulanıb. Bu məqamlar fonunda Kremlin İranda baş verən proseslərə dolayısı təsiri ilə bağlı ehtimallar güclənir.

Xatırladaq ki, son günlər İranda kütləvi etirazlar qanlı toqquşmalarla müşayiət olunub. RIA Novostinin məlumatına əsasən, hadisələr zamanı 500-dən çox insan həlak olub, ölənlər arasında polis və SEPAH əməkdaşları da var. Rəsmi Tehran baş verənləri “xaricdən yönləndirilən təxribat” kimi təqdim edir.

Müşahidəçilər hesab edirlər ki, Şoyqu–Laricani təması sadəcə diplomatik jest deyil, həm də Moskva ilə Tehran arasında təhlükəsizlik və böhranların idarə olunması üzrə daha sıx koordinasiyanın siqnalıdır. Bu isə İrandakı qanlı qiyamın yatırılmasında Kremlin mümkün roluna dair sualları daha da aktuallaşdırır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR