İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanlı etirazlar Şiraza da çatdı - VİDEO

749 08.01.2026 00:18 Dünya A A

İranda etiraz dalğası genişlənməkdə davam edir.

Musavat.com xəbər verir ki, son məlumatlara görə, bu dəfə Şiraz şəhərində kütləvi iğtişaşlar qeydə alınıb. Etirazçılar küçələrdə barrikadalar qurur, zibil qutularını yandırır, bəzi ərazilərdə isə polis qüvvələri ilə toqquşmaların baş verdiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan kadrlarda vəziyyətin xüsusilə gecə saatlarında gərginləşdiyi görünür. Hüquq-mühafizə orqanlarının etirazçıları dağıtmağa çalışdığı, qarşıdurmaların isə davam etdiyi iddia olunur.

Bununla yanaşı, İranın Razəvi Xorasan əyalətinin Çenarən şəhərindən də etiraz görüntüləri yayılıb. Həmin kadrlarda küçələrdə toplaşan insanlar və təhlükəsizlik qüvvələrinin müdaxiləsi əks olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR