İnsanlara hürriyət, millətlərə istiqlal!

Oliqarxdan Kreml layihəsinə 32 milyard bağışlama

836 09.07.2026 17:50 Dünya A A

Rusiyalı milyarder Andrey Melniçenko 2023-cü ildə prezident Vladimir Putinin təşəbbüsü ilə yaradılan "Sirius" təhsil mərkəzinə 32 milyard rubl ianə etdikdən sonra Baş Prokurorluğun onunla əlaqəli enerji şirkətinin müsadirəsi ilə bağlı iddiası geri götürülüb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Baş Prokurorluq əvvəlcə SİBEKO enerji şirkətinin dövlətin mülkiyyətinə keçirilməsini tələb edib. İddiada şirkətin antikorrupsiya qanunvericiliyinin pozulması ilə əldə edildiyi bildirilirdi.

Lakin bir neçə həftə sonra prokurorluq iddiadan imtina edib. Bundan sonra Melniçenko 32 milyard rubl (təxminən 421 milyon 878 milyon ABŞ dolları)məbləğində ianə edib. Mənbələrin sözlərinə görə, bu, iş adamının vaxtilə SİBEKO-nun alınmasına ödədiyi məbləğlə eyni olub. Melniçenko ötən il Putinlə görüşündə sanksiyalardan sonra "EuroChem" şirkətini həyat yoldaşının adına keçirmək məcburiyyətində qaldığını etiraf edib. Milyarder prezidentə "hamı kimi qorxu hiss etdiyini" də söyləyib.

Nəşr qeyd edir ki, bu, oxşar ilk hadisə deyil. Daha əvvəl də milyarder Süleyman Kərimovun biznes problemlərindən sonra "Sirius" mərkəzinə iri həcmdə vəsait köçürdüyü bildirilib. Bundan əlavə, araşdırmalara görə, Rusiyanın aparıcı oliqarxları uzun illərdir bu mərkəzə müntəzəm ianələr edir və qeyri-rəsmi olaraq illik ianələrin həcmi ən azı 1 milyon dollar təşkil edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR