İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqal: Məxfi hərbi sənədlər zibil qutusundan tapıldı

1414 05.07.2026 22:32 Dünya A A

Böyük Britaniyada Müdafiə Nazirliyinə məxsus məxfi sənədlərin zibil konteynerində aşkarlanması ciddi araşdırmaya səbəb olub.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Katterik qarnizonuna aid məxfi hərbi sənədlər Katterik-Bricdə yerləşən tullantı poliqonundakı zibil konteynerlərindən tapılıb.

Məlumata görə, sənədlərdə hərbçilərin ad və rütbələri, hərbi bazada saxlanılan silahlar, qarovul növbələrinin qrafiki və digər məxfi məlumatlar yer alıb.

Hadisədən sonra Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbərliyi araşdırmaya başlayıb. Məxfi sənədlərin necə və hansı şəraitdə zibilə atıldığı müəyyənləşdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR