İnsanlara hürriyət, millətlərə istiqlal!

Qacarlar dövründən bu günə: İranın keçmiş XİN rəhbərindən Rusiyaya sərt ittiham

1695 07.02.2026 03:04 Dünya A A

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya etimadla bağlı sərt və açıq mövqe ortaya qoyub.

Musavat.com xəbər verir ki, Zərif İranın əlində olan uran ehtiyatlarının heç bir halda Rusiyaya təhvil verilməməli olduğunu bildirib.

Keçmiş nazir vurğulayıb ki, Qacarlar dövründən başlayaraq Rusiya heç vaxt İran üçün etibarlı və səmimi müttəfiq olmayıb. Onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, Moskva Tehranın maraqlarını yalnız öz geosiyasi məqsədləri çərçivəsində nəzərə alıb.

Zərif xüsusilə Rusiyanın İsraillə münasibətlərinə diqqət çəkərək qeyd edib ki, bu əlaqələr heç də zəif deyil və əksinə, dərin və çoxşaxəlidir.

“Rusiya istənilən an İsraillə iş birliyinə gedə bilər. İran isə öz strateji rıçaqlarını başqa dövlətlərin siyasi alətinə çevirməməlidir”, – deyə o bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR