Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına həqiqətən hücum edib-etmədiyi "hələ də aydın deyil".
Musavat.com xəbər verir ki, bu açıqlama Fox Business-də ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker çıxış edib: "Düşünürəm ki, sülh müqaviləsinə bu qədər yaxın olmaq - Ukrayna həqiqətən sülh müqaviləsi istəyir - və sonra ehtiyatsız və ya qeyri-konstruktiv kimi qəbul edilə biləcək bir şey etmək bir az yersizdir".
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi xatırladıb ki, ABŞ prezidenti Donald Tramp da Ukraynanın Putinin iqamətgahına həqiqətən hücum etdiyinə şübhə ilə yanaşıb. O, belə bir addımın sülh danışıqları zamanı çox təxribatçı olacağını vurğulayıb. Bundan əlavə, Uitaker qeyd edib ki, Rusiya müharibəyə son qoymağa yönəlmiş bütün diplomatik səylərə baxmayaraq, Ukraynaya hücumlarını dayandırmayıb. O əlavə edib ki, hər gecə Ukraynanın paytaxtına pilotsuz təyyarə və raket hücumları edilir: "Düşünürəm ki, hər iki tərəf müharibəyə son qoymaq istəyir, sadəcə şərtlər məsələsidir - biz iki tərəf arasındakı fərqlərdən getdikcə daha çox xəbərdarıq və müqavilənin 90-95 faizinin tamamlandığını eşidirik".
ABŞ rəsmisi vurğulayıb ki, ölkəsinin müvafiq qurumları Putinin iqamətgahına hücumun olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalar aparır.
Musavat.com






