İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisdən qaçmaq istəyən məhkum 4 metr hündürlükdən tullandı - VİDEO

648 10.07.2026 13:42 Hadisə A A

Türkiyənin İzmir şəhərinin Konak rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan şəxs polis əməliyyatı zamanı qaçmağa çalışarkən 4 metr hündürlükdən tullanaraq xəsarət alıb.

Musavat.com xəbər verir ki, 27 yaşlı O.K. "narkotik vasitələrin qanunsuz dövriyyəsi" cinayətinə görə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası almışdı və polis tərəfindən axtarılırdı.

Konak Rayon Polis İdarəsinin əməkdaşları şübhəlinin gizləndiyi ünvanı müəyyən edərək iyulun 6-da əməliyyat keçiriblər. Polis əməkdaşlarını görən O.K. saxlanılacağını anlayaraq təxminən 4 metr hündürlükdən tullanıb.

Beton örtüyün üzərinə düşən şəxs müxtəlif xəsarətlər alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ona ilkin yardım göstərdikdən sonra xəstəxanaya çatdırıb.

Müalicəsi başa çatdıqdan sonra O.K. xəstəxanadan buraxılıb. Daha sonra polis şöbəsində zəruri prosessual tədbirlər tamamlanıb və o, cəzasını çəkməsi üçün həbsxanaya təhvil verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR