Moskvada yanacaqdoldurma məntəqələrinin qarşısında yaranan uzun növbələr narahatlıq doğurub.
Musavat.com xəbər verir ki, Rusiya paytaxtında bəzi yanacaqdoldurma məntəqələrinin qarşısında kilometrlərlə uzanan növbələr yaranıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücülərin benzin almaq üçün saatlarla gözlədiyi görünür.
Məlumatlara görə, bir sıra məntəqələrdə yanacaq çatışmazlığı müşahidə olunur. Bəzi sürücülər növbələrin sonunun görünmədiyini, gözləmə müddətinin isə getdikcə artdığını bildirirlər.
Yayılan kadrlarda avtomobillərin uzun kolonlar şəklində yanacaqdoldurma məntəqələrinə doğru hərəkət etdiyi əks olunub. Sakinlərdən biri vəziyyəti şərh edərkən “Düşünürdüm ki, bu problem bizə çatmayacaq” sözlərini işlədib.
Musavat.com






