İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın oğlu Qayane Akopyanı nədə ittiham etdiyini dedi

680 05.06.2023 15:51 Son xəbər A A

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Qarabağ savaşında ölən erməni əsgərin anası Qayane Akopyanı adam oğurluğunda ittiham etməsinin səbəbini açıqlayıb.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, media nümayəndələrinə faktiki olaraq öz istəyi ilə Qayane Akopyanın maşınına mindiyini təsdiqləyib. Kiçik Paşinyanın sözlərinə görə, həmin vaxt o, Yerablur memorial kompleksinə getməyə razılıq verməyib. Qayane Akopyan Aşota Yerablura getmək niyyəti barədə əvvəlcədən xəbərdarlıq etməyib, etiraz edəndə isə onun maşından düşməsinə icazə verməyib.

Aşot Paşinyanın dediyinə əsasən, belə hallara qanun çərçivəsində baxılmalıdır. Onun işi məhkəmə-hüquq sisteminə müraciət etmək idi, qalan məsələlərə sistem işçiləri baxacaqlar.

Aşot Paşinyan qaçırılma hadisəsi zamanı “valideynlərinin hərəkətlərinə görə üzr istəməsi”, habelə “özünü “türk” adlandırması” ilə bağlı iddiaları təkzib edib. "Bu, tamamilə yalandır, belə bir şey olmayıb,-deyə baş nazirin oğlu söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR