Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Müqəddəs Anna kilsəsinin həyətində toplaşan insanlar qarşısında çıxış edib.
Musavat.com xəbər verir ki, baş nazir sülhün yalnız dualarla deyil, eyni zamanda konkret siyasi qərarlar və real addımlarla yaradılmalı olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, uzun müddət Tanrıya sülh üçün dua edilsə də, artıq aydın olub ki, bu proses paralel şəkildə insanların öz məsuliyyəti və iradəsi ilə formalaşmalıdır.
Baş nazir qeyd edib ki, kilsəyə gəlişlərinin məqsədi İsa Məsihin sülh mesajına sadiq qaldıqlarını nümayiş etdirmək və bu xətt üzrə hərəkət etdiklərini bəyan etməkdir.
Çıxış zamanı Erməni Apostol Kilsəsi (AAK) ilə bağlı da sərt mesajlar verən Paşinyan vurğulayıb ki, bəzi dairələr kilsədən Ermənistan Respublikasına qarşı siyasi fəaliyyət üçün dayaq nöqtəsi kimi istifadə etməyə çalışırlar və hökumət buna imkan verməyəcək.
Eyni zamanda o bildirib ki, Ermənistan hökuməti kilsəyə qarşı hər hansı addım atmayıb, atmır və gələcəkdə də atmaq niyyətində deyil.
Musavat.com






