İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə 12 ildən artıq qala bilməyəcəklər - Deputatlarla bağlı ŞOK QƏRAR

1141 23.06.2026 07:41 Dünya A A

Macarıstanın yeni hökuməti ölkənin əsas qanununa (Konstitusiyaya) deputatların parlamentdəki səlahiyyət müddətini maksimum 12 illə məhdudlaşdıran düzəlişlər hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Peter Macar ölkənin ali qanunverici orqanında (parlamentdə) çıxışı zamanı bildirib.

Baş nazirin çıxışı "MTV" telekanalı vasitəsilə canlı yayımlanıb.

"Əsas qanuna edilməsi nəzərdə tutulan 17-ci düzəliş layihəsinə uyğun olaraq, biz parlament üzvünün mandatının maksimum fəaliyyət müddətinin 12 il olaraq müəyyən edilməsini təklif edirik", - deyə hökumət başçısı qeyd edib.

P. Macar bu cür tədbirlərin korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı mübarizəyə yönəldiyini diqqətə çatdırıb.

Baş nazir bu hədəfə nail olmaq üçün Macarıstanda Ali Məhkəmə və Konstitusiya Məhkəməsi sədrlərinin təyinatı və seçilməsi qaydasının da dəyişdirilməsinin planlaşdırıldığını vurğulayıb. Hökumət başçısının sözlərinə görə, sözügedən instansiyaların rəhbərlərini hakimlər öz aralarından seçəcəklər və onlar 70 yaş qrupuna çatana qədər bu vəzifədə qala biləcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR