İnsanlara hürriyət, millətlərə istiqlal!

Papoyan: Ermənistan hökumətinin gündəliyinə AİB-dən çıxmaq yoxdur

265 13.01.2025 15:25 Dünya A A

Hazırda Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və AİB-dən çıxmaq məsələsi hazırda hökumətin gündəmində deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bu gün keçirilən mətbuat konfransında danışıb.

“Avropa Birliyinə üzvlük prosesi paralel bir gündəmdir və bizim vəzifəmiz bu gündəmləri müzakirə etmək deyil, iqtisadiyyatımızın davamlılığını və rəqabət qabiliyyətini artırmaqdır. Ermənistanın AİB və ya AB-də olmasının fərqi yoxdur, harada olursa olsun, iqtisadiyyatımız rəqabət qabiliyyətini artırmalıdır”,-deyə o qeyd edib.

Papoyanın sözlərinə görə, “Yuxarı Lars” keçid məntəqəsi hazırda açıqdır, növbələr yoxdur. “Biz AİB-ni başqası ilə əvəz etmək barədə düşünmürük. Biz müstəqil olmaq istəyirik və müstəqillik odur ki, sən bir nəfərdən yox, hamıdan asılısan, hamı müəyyən dərəcədə səndən asılıdır”, - deyə erməni nazir böyük iddiada çıxış edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR