İnsanlara hürriyət, millətlərə istiqlal!

Palatada siçan, çarpayıda xəstə: videolar ölkəni silkələdi VİDEO

1585 21.01.2026 14:17 Dünya A A

Hindistanın Qonda şəhərində yerləşən dövlət xəstəxanasında çəkildiyi iddia olunan videogörüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, kadrlarda xəstəxananın palata və dəhlizlərində siçanların sərbəst şəkildə dolaşdığı açıq görünür və bu mənzərə cəmiyyətdə qəzəb və ikrahla qarşılanıb.

Yayılan videolardan sonra xəstəxananın sanitar-gigiyenik vəziyyəti kəskin tənqid hədəfinə çevrilib. Sosial şəbəkə istifadəçiləri xəstələrin sağlamlığı üçün ciddi risk yaradan bu vəziyyəti “sağlamlıq sistemində biabırçılıq” kimi qiymətləndiriblər.

Məlumata görə, qalmaqallı görüntülərdən sonra xəstəxana rəhbərliyi ilə bağlı xidmət araşdırmasına başlanılıb. Araşdırma çərçivəsində sanitar qaydalara əməl olunması, dezinfeksiya tədbirləri və məsul şəxslərin fəaliyyəti yoxlanılacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR