İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp milyard qazandı, investorlar isə 4 milyard dollar itirdi

781 06.07.2026 02:14 Dünya A A

ABŞ Prezidenti Donald Trampın adını daşıyan TRUMP memkoininə sərmayə qoyan yüz minlərlə investor milyardlarla dollar zərərə düşüb.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu baerədə The New York Times qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Nansen analitik şirkətinin hesabatına əsasən, TRUMP memkoinini alan 1 milyona yaxın investor iyunun sonuna qədər ümumilikdə 3,81 milyard dollar itirib.

Məlumata görə, ötən ilin yanvarında qiyməti 75,35 dollar olan memkoin 2026-cı ilin iyulunda 97 faiz ucuzlaşaraq 1,76 dollara düşüb.

Buna baxmayaraq, Donald Tramp və ailəsinin kriptovalyuta layihələrindən əldə etdiyi gəlir 1 milyard dolları ötüb.

Belə ki, Tramp 635 milyon dolları öz adını daşıyan memkoinlərin satışından qazanıb. Bundan əlavə, onun ailəsinə məxsus World Liberty Financial layihəsinin tokenlərinin satışından 500 milyon dollardan çox gəlir əldə olunub. Həmin tokenlər də sonradan 82 faiz dəyər itirib.

The New York Times yazır ki, yarım milyon dollarını TRUMP memkoininə yatıran və sərmayəsinin yarısını itirən investorlardan biri baş verənləri belə qiymətləndirib:"O, prezident səlahiyyətlərindən istifadə edərək kriptovalyuta buraxır və cəmiyyət qarşısında etibarlı şəxs kimi görünür. Bu, inanılmazdır. Demək olar ki, qanuni dələduzluqdur."

Nəşr qeyd edir ki, etik məsələlər üzrə ekspertlər bu vəziyyəti ABŞ tarixində görünməmiş maraqlar toqquşması adlandırırlar. Onların fikrincə, Tramp administrasiyası bir tərəfdən kriptovalyuta bazarını tənzimləyir və onu açıq şəkildə dəstəkləyir, digər tərəfdən isə həmin bazardan özü gəlir əldə edir.

Hüquqşünaslar isə hesab edirlər ki, bu məsələ ilə bağlı gələcəkdə ABŞ prezidentinə qarşı kollektiv iddia qaldırıla bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR