ABŞ-nin 250 illik yubileyi münasibətilə hazırlanan nəhəng zaman kapsulu sabah Filadelfiyada torpağa basdırılacaq.
Musavat.com xəbər verir ki, ABŞ-nin bütün 50 ştatından, eləcə də ölkənin beş ərazisindən toplanan tarixi və simvolik əşyalar xüsusi hazırlanmış paslanmayan polad kapsulun içinə yerləşdirilib. Təxminən 400 kiloqram (900 funt) ağırlığında olan kapsul 2276-cı ildə, yəni ABŞ-nin 500 illik yubileyində açılacaq.
Kapsulun içində müasir dövrü simvolizə edən iPhone 17 Pro Max da yer alır. Bundan başqa, ABŞ ştatlarının göndərdiyi yüzlərlə eksponat, məktublar, tarixi sənədlər, yerli xalqlara aid əl işləri, nadir təbii nümunələr və süni intellekt tərəfindən gələcəklə bağlı hazırlanmış proqnoz da kapsula daxil edilib.
Mühəndislər kapsulu 250 il ərzində su və rütubətdən qorumaq üçün xüsusi texnologiyadan istifadə ediblər. Silindr formalı polad konstruksiya hermetik şəkildə bağlanıb və əlavə qoruyucu örtüklə torpağın altında saxlanılacaq.
Musavat.com






