İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin dəyişməz ünvanı: Paşinyanın seçkidən sonra ilk rəsmi səfəri, kritik görüş

932 05.07.2026 23:32 Dünya A A

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ilk rəsmi xarici səfərlərindən birini Rusiyaya edəcək.

Musavat.com xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin iyulun 6-da Yekaterinburqda başlayacaq 16-cı Beynəlxalq Sənaye Sərgisi – "Innoprom-2026" çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.

Bu, Paşinyanın parlament seçkilərindən sonra Rusiyaya ilk səfəri olacaq. Görüşdə Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin, ticarət-iqtisadi əməkdaşlığın, sənaye sahəsində birgə layihələrin və regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Mişustinin sərgi çərçivəsində Belarusun Baş naziri Aleksandr Turçin və Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Adılbek Kasıməliyevlə də ikitərəfli görüşlər keçirəcəyi bildirilib.

"Innoprom" sərgisi Rusiyanın ən böyük beynəlxalq sənaye tədbirlərindən biri hesab olunur və hər il onlarla ölkənin dövlət rəsmilərini, şirkətlərini və investorlarını bir araya gətirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR