İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə yaşayış binası zədələndi - işıq və su kəsildi

855 06.07.2026 03:16 Dünya A A

Kiyevdə yaşayış binasında insanlar dağıntılar altında qaldı

Rusiyanın Kiyevə hücumu zamanı paytaxtın Podolsk rayonunda yaşayış binasına ciddi ziyan dəyib.

Musavat.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində yaşayış binası qismən dağılıb. Binanın 7-ci və 9-cu mərtəbələri arasında insanların bloklandığı qeyd olunur.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib. Hazırda insanların dağıntılar altından çıxarılması istiqamətində əməliyyat davam edir.

Kiyevdə hava həyəcanı siqnallarının səsləndiyi və partlayışların davam etdiyi bildirilir.

***

Ukraynanın paytaxtı Kiyevdə hücum nəticəsində yaşayış binasına ziyan dəyib.

Musavat.com xəbər verir ki, bu barədə Podolsk rayonunun rəhbəri Tkaçenko məlumat verib. Bildirilib ki, hücum nəticəsində binada qismən dağıntı baş verib. Hadisə yerinə xilasedicilər və fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Yerli KİV-in məlumatına görə, Kiyev vilayətində elektrik və su təchizatında da fasilələr yaranıb.

Hücumun nəticələri və zərərçəkənlərlə bağlı əlavə məlumatın dəqiqləşdirildiyi qeyd olunur.

 

Musavat.com

photo_2026-07-06_03-23-35.jpg (83 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR