Konstantinovkada humanitar əməliyyatla bağlı Rusiya və Ukrayna arasında razılıq əldə olunmayıb.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Konstantinovkada həlak olan Ukrayna hərbçilərinin cəsədlərini təhvil verməyə hazır olduğunu açıqlayıb. Bildirilib ki, bunun üçün əsas şərt Ukrayna tərəfinin şəhərin atəşə tutulmasını dayandırması olub.
Nazirliyin məlumatına görə, Ukrayna bu təklifi rədd edib və nəticədə humanitar əməliyyatın həyata keçirilməsi ilə bağlı razılıq baş tutmayıb.
Musavat.com






