Ukraynada bu gecə mümkün genişmiqyaslı hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) Rusiya işğalçı qüvvələrinin bu gecə Ukraynaya qarşı mümkün genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.
Bu arada Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Murmansk vilayətində yerləşən "Olenya" aerodromundan bir neçə Tu-95MS strateji bombardmançısının havaya qalxdığını qeydə alıb.
Musavat.com






