İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstandan rəmən tətikdə-Türkiyə savaşa başlayır

2329 06.07.2026 03:24 Dünya A A

Yunanıstanın müdafiə naziri Türkiyə ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Nikos Dendias bildirib ki, Türkiyə Afinaya qarşı açıq şəkildə hədələr səsləndirib və ölkəsi hazırda faktiki müharibə şəraiti ilə üz-üzədir.

Nazirin sözlərinə görə, əgər Yunanıstan Egey dənizində ərazi sularını 12 dəniz milinədək genişləndirmək qərarı versə, bu, Türkiyə ilə müharibəyə səbəb olacaq.

Dendias vurğulayıb ki, Ankara uzun illərdir Egey dənizində 12 millik ərazi sularının elan edilməsini “casus belli” – müharibə səbəbi hesab edir. Bu səbəbdən bölgədə gərginlik yüksək olaraq qalır və iki NATO üzvü arasında münasibətlər həssas mərhələdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR