İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyun bitib - Blinkenin Əliyevə zəngindəki açar cümlə

3273 01.08.2023 09:32 Siyasət A A

“Daşları yığmağa” Ermənistanın çox zamanı qalmayıb; Paşinyan uzağı 5 aya “B” deməlidir; İrəvan isə son şans ilinin fürsətini də qaçırmaqdadır...

2023-cü ilin 7 ayı arxada qaldı. Belə görünür, bu minvalla kapitulyant ölkə Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamayacaq. Müşahidələr göstərir ki, “izqoy” Ermənistanı iki əsas qonşu ilə anlaşmaqdansa, öz  havadarları ilə əlbir olub Bakı əleyhinə yeni çirkin oyunlar qurmaq, avantüralara getmək daha çox maraqlandırır.

Təbii ki, altını həmişəki kimi özü çəkəcək. Ona görə ki, məğlub və zəif tərəfin qalib və güclü Azərbaycanla şərt və hədə dilində danışması, onun üzərində hərbi və strateji üstünlük əldə eləməyə çalışması boşuna cəhdləridir. Bakı özünün qanuni, suveren hədəflərinə mütləq çatacaq. Bu yöndə sürət arada azalsa da. Əsas odur ki, sülh gündəliyi məhz Azərbaycanın 5 məlum baza prinsipi əsasında irəli aparılacaq. Ayrı variant yoxdur, olmayacaq. Bakı buna imkan verməyəcək - kapitulyant tərəf hansı hoqqalardan çıxır-çıxsın...

Prezidentin Şuşadakı forumda etdiyi çıxışın TAM MƏTNİ

Xatırladaq ki, iyulun 21-də Şuşadakı Qlobal Media Forumda çıxışı zamanı Prezident İlham Əliyev növbəti dəfə İrəvanı və Qarabağdakı erməni icmasını düzgün seçim eləməyə çağırıb. Həm də tələsməyə. Məxsusi vurğulayıb ki, əgər rəsmi İrəvanın sözü ilə əməli düz gəlsə, 2023-cü ilin sonunadək sülh sənədi imzalana bilər. Yəni Nikol Paşinyan “A” deyibsə (“Qarabağ Azərbaycandır”), “B” də deməyə - bunu sənəd şəklində öz imzası ilə təsdiqləməyə borcludur. Bunu siyasətin, diplomatik danışıqların elementar məntiqi deyir. 

Əfsus ki, böyük sülh sazişi məsələsində konstruktivlik əvəzinə qarşı tərəfin yenə də söz oyununu, “sorosçu” baş nazirin müxtəlif bəhanələrlə vaxt uzatmağa çalışdığını görürük. Sərhəddə Azərbaycana guya basqı məqsədi güdən və neçə gündür davam edən “humanitar” tamaşa bunun bariz təsdiqidir. Zaman isə gedir və özü ilə bərabər Ermənistan üçün yeganə tarixi fürsəti də aparır.

İlham Əliyev Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq  yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib » Azərbaycan  Prezidentinin Rəsmi internet səhifəsi

Onu da yada salaq ki, İlham Əliyev cari ildə verdiyi müsahibələrin birində 2023-ün Ermənistan üçün son şans ili ola biləcəyini söyləyib. Dövlət başçısı həmçinin bildirib ki, sülh müqaviləsinin imzalanmamasının ziyanını ən çox kapitulyant tərəf çəkəcək. Azərbaycanın itirəcəyi bir şey yox...        

Təəssüf ki, sülh prosesinə Fransa başda olmaqla riyakar Avropa, özəlliklə Avropa Parlamenti Rusiyadan heç də az zərbə vurmur. Çoxüzlü və daima maşa rolu oynamağa hazır olan ermənilərdən Azərbaycana qarşı məkrli planlar qurmaq cəhdləri səngimir. Təbii ki, onların Ermənistan və ya “artsax” adlı bir dərdləri yox. Əsas hədəf bölgənin açar ölkəsi olan Azərbaycanın iradəsi əleyhinə və Türkiyəni fakt qarşısında qoymaq üçün “arxa qapı”dan regiona girib burada hansısa şəkildə möhkəmlənməkdir. “Biz də varıq” deməkdir.

“Mən Avropaya səslənirəm, kirli əllərini can Azərbaycandan çək. Qarabağda yaşayan ermənilər isə bilməlidirlər ki, oyun bitib. Bu gün Qarabağda yaşayan ermənilərə yardım gətirmək bəhanəsi ilə şou yaratmağa çalışırlar. Bu, erməni diasporu tərəfindən hazırlanan pis bir ssenari, pis bir teatrdır. Onlar bundan şou düzəltmək istəyirlər. Avropa ermənilərin oyuncağı olmaqdan xilas olmalı, bölgədəki pis əməllərindən əl götürməlidir”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” qəzetinə Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.

Sabiq diplomat haqlı sual edib: “30 il can Azərbaycanımızın torpaqları işğal altında idi. Birinci Qarabağ müharibəsi dövründə minlərlə Azərbaycan vətəndaşı evindən, yurdundan didərgin salındı, minlərlə günahsız insan qətlə yetirildi, Xocalı soyqırımı törədildi. Həmin vaxt Avropa haradaydı? Bu gün Avropanın buralara qədər gəlib çıxması, belə bir şou düzəltməyə çalışması özünün daxilindəki problemləri unutdurmaq üçündür. Onlara burada yer yoxdur”.   

Keçmiş səfirin sözlərinə görə, Avropa bir yandan enerji üçün, özünün qaz təminatı üçün Azərbaycanın qapısını döyür, digər yandan da erməni diasporunun oyuncağı olmaqdan qurtula bilmir. “Ona görə çıxıb getməlidirlər. Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycan torpaqlarında yaşayırlar. Bu səbəbdən heç kim oraya müdaxilə edə bilməz” deyən H.Kılıç vurğulayıb ki, Azərbaycan öz suveren ərazilərində qayda-qanunu özü yaratmaq iqtidarındadır.

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

Sözsüz ki, belə də olacaq. Bunu ABŞ Dövlət katibi Entoni Blinkenin İlham Əliyevə iki gün öncəki telefon zəngindən də görmək olar. Məsələ ondadır ki, ABŞ baş diplomatı İrəvanın gözləntisinin əksinə olaraq sərhəddə “humanitar yük” adı ilə düzənlənən siyasi şounu faktiki dəstəkləməyib.  

“Blinken Əliyevlə telefon danışığında Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yüklərin Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini vurğulayıb”.

XAÇ aturyanın XAÇ ataları

Bunu politoloq Asif Nərimanlı bildirib (Axar.az).

Blinken qeyd edib ki, Bakı erməni əhalisinin keçidi və BQXK-nın xəstələrin daşınması üçün Laçın postunu açıq saxlayır, beləliklə, Vaşinqtonun istədiyi tranziti təmin edir: “Bakı yüklərin daşınması üçün alternativ marşrut olaraq Ağdam yolunu təklif edir. Blinkenin açıqlamasını ABŞ-nin Ağdam-Xankəndi marşrutunu dəstəkləməsi kimi qəbul edə bilərik. Avropa İttifaqından sonra (Mişelin mövqeyi fonunda Borrelin açıqlaması əsas deyil və daha çox balans yaratmaq məqsədi daşıyır) ABŞ-nin də mövqeyi rəsmi Bakının əlinin güclənməsi baxımından önəmlidir. Bu, həmçinin ümumilikdə Qərb cəbhəsinin mövqeyinə təsir edə biləcək amildir”.

Qısası, oyun bitib. Yaxşı olar, Ermənistan bizə tərəfə daş atmaqdansa, “daşları yığmaqla” məşğul olsun. Bakının barışıq əli sonsuzadək havada qalmayacaq...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR