İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Zelenskiyə sərt cavab verdi: “Siz çıxılmaz vəziyyətdəsiniz, 4 ildir müharibəni bitirə bilmirsiz"

905 23.01.2026 11:36 Dünya A A

Macarıstanın baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosda səsləndirdiyi tənqidlərə kəskin reaksiya verib.

Musavat.com xəbər verir ki, Orban Zelenskiyə ünvanladığı açıqlamada tərəflər arasında anlaşmanın mümkün olmadığını bildirib və Ukrayna liderinin mövqeyini sərt ifadələrlə tənqid edib.

Orbanın sözlərinə görə, o, müstəqil qərar verən və yalnız macar xalqının maraqlarına xidmət edən siyasətçidir, Zelenski isə dördüncü ildir davam edən müharibəni dayandıra bilməyən və ya dayandırmaq istəməyən, çıxılmaz vəziyyətdə olan liderdir:

“Hörmətli Prezident Zelenski, düşünürəm ki, biz qarşılıqlı anlaşmaya gələ bilməyəcəyik. Mən macar xalqına xidmət edən azad bir insanam. Siz isə dördüncü ildir müharibəni bitirə bilməyən və ya bitirmək istəməyən, çıxılmaz vəziyyətdə olan bir insansınız — halbuki ABŞ prezidenti sizə hər cür dəstək göstərir”.

“Sizin hərbi səylərinizi dəstəkləyə bilmərik”

Orban bildirib ki, Zelenskinin tənqidi və ironik ifadələrinə baxmayaraq, Macarıstan Ukraynanın hərbi səylərinə dəstək vermək niyyətində deyil:

“Mənə nə qədər təriflər yağdırsanız da, biz sizin hərbi səylərinizi dəstəkləyə bilmərik”.

Bununla yanaşı, Macarıstan hökumətinin Ukrayna xalqına humanitar dəstəyi davam etdirəcəyini vurğulayan Orban qeyd edib ki, Budapeşt Kiyevi enerji və yanacaqla təmin etməyi, həmçinin Ukraynadan gələn qaçqınlara yardım göstərməyi dayandırmayacaq:

“Ukrayna xalqı, bütün seçilmiş təhqirlərə baxmayaraq, hələ də ölkənizin elektrik enerjisi və yanacaqla təmin olunacağına, eləcə də Ukraynadan gələn qaçqınlara yardımımızın davam edəcəyinə arxalana bilər”.

Xatırladaq ki, Zelenski Davosda çıxışı zamanı “Viktorlar” ifadəsi ilə Avropanın bəzi liderlərini Avropa maraqlarını satmaqda ittiham etmiş, bu sözlərin ilk növbədə Macarıstanın baş naziri Viktora Orbanı hədəf aldığı bildirilmişdi. Orbanın cavabı isə Kiyev–Budapeşt xəttində onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşdiyini göstərir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Macarıstanın Ukrayna müharibəsi ilə bağlı fərqli mövqeyi Avropa İttifaqı daxilində ciddi fikir ayrılıqları yaradıb və bu xətt yaxın dövrdə daha da dərinləşə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR