İnsanlara hürriyət, millətlərə istiqlal!

"Niyə sənin verilişinə gəlim?"

1117 31.10.2025 10:32 Şou-biznes A A

Müğənni Yeganə Mürsəlova verilişləri tənqid edib.

Sənətçi "İncə səhər" proqramında çox dəvətləri qəbul etmədiyini bildirib. Müğənni qeyd edib ki, verilişlərdə tanımadığı ifaçıları onunla dəvət edəndə xoşlamır:

"26 ildir oxuyuram. Bu sənət çox əziyyətlidir. Kimsə veriliş üçün zəng vuranda soruşuram ki, hansı kanaldır, orada kim olacaq, mövzu nədir? Deyirlər, maraqlı olacaq, siz gəlin. Niyə gəlim? Gedirəm ki, yanıma heç tanımadığım, oxumaqdan anlayışı olmayan birini otuzdurublar. Deyir ki, 6-7 ildir oxuyuram. Nə vaxt oxudun? Bunlar nə zaman təhsil aldılar, heç olmasa məktəb bitirdilər? 

Aparıcılardan xahiş edirəm, verilişə kimisə çağıranda onları canlı oxustunlar. Bizim xərc çəkib etdiyimiz aranjimanın üstündən ifalar edirlər, haqqımıza girirlər".  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR