İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Trampa Ərdoğandan şikayətləndi

718 10.07.2026 08:37 Siyasət A A

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib.

Musavat.com Baş nazir ofisinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, danışıq zamanı Netanyahu Livan, Suriya və Qəzza zolağında İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb: "Netanyahu və Tramp arasında davam edən təmasların bir hissəsi olaraq, ölkələrin müxtəlif sahələrdəki hərəkətləri arasında koordinasiyanın dərinləşdiyini göstərən bir söhbət baş tutub. Baş nazir İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb".

Bundan əlavə, Netanyahu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İsrail dövlətinin mövcudluğuna qarşı çıxışlarındakı ciddi təhdidi Trampın diqqətinə çatdırıb.
Netanyahunun ofisi əlavə edib ki, "Tramp Baş nazirə ABŞ-ın Fars körfəzindəki hərəkətləri barədə məlumat verib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR