İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nərmin işi"ndə qərar: İlkin Süleymanov 18 il azadlıqdan məhrum edildi!

1931 05.06.2023 11:07 Son xəbər A A

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10-yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanova hökm oxunub.

Musavat.com xəbər verir ki, Dadaş İmanovun sədirliyi ilə keçirilən son məhkəmə prosesində hakim İ.Süleymanovu ona qarşı irəli sürülən ittihamlarla təqsirli bilərək  18 il azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıb. Məhkəmə prosesi təxminən 20-dəq çəkib və hakim qərarını açıqlayıb.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR