İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ölkəsi Rusiya PUA-sını vurdu: Buxarestdən Moskvaya şok ultimatum və etiraz notası

284 26.07.2026 14:32 Dünya A A

Qara dəniz hövzəsində Rusiya və NATO üzvü olan dövlət arasında hərbi müstəvidə son dərəcə təhlükəli insident qeydə alınıb.

Musavat.com xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Dan ölkə hərbi hava qüvvələrinə məxsus F-16 qırıcısının səhər saat 10:13-də Sulina-Kilion rayonunda, Rumıniyanın ərazi suları üzərində növbəti hərbi pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan edib. Baş Prokurorluğun apardığı ilkin araşdırmalara istinadən dövlət başçısı qeyd edib ki, vurulan aparat Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə aktiv istifadə etdiyi "Şahid" tipli PUA-dır.

Rumıniya rəhbərliyi baş verən hadisə ilə bağlı Rusiya tərəfinə rəsmi diplomatik etiraz notası göndəriləcəyini və bu etirazın prokurorluq araşdırmasının nəticələrinə əsaslanacağını bəyan edib. Prezident Nikuşor Dan Rusiyanın Rumıniya, eləcə də eyni zamanda NATO və Avropa İttifaqı məkanı sayılan hava sərhədlərini pozmasını tamamilə qəbuledilməz adlandırıb. O, bu cür hərbi təxribatlara qarşı həm Rumıniya dövlətinin, həm də Şimali Atlantika Alyansındakı müttəfiqlərin son dərəcə ciddi və qətiyyətli mövqe nümayiş etdirəcəyini xüsusi vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR