İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını öldürəndən sonra özünü videoya çəkib, şeir deyib

404 26.07.2026 13:38 Kriminal A A

Şamaxıda arvadı Gültəkin Eynalovanı güllələyərək öldürən 2002-ci il təvəllüdlü Pərviz Tağıyevin məhkəmə prosesi başa çatıb.

Musavat.com Xitab24.az-a istinadla bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, P.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, cütlüyün münasibətlərinin pozulmasından sonra Pərviz, həyat yoldaşının açıq-saçıq paltarlar geyinməsini görüb və ona xəyanət etməsini düşünüb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib:

“Bir gün Gültəkini anası və qohumu ilə yolda gördüm. Anası və qohumu marketə girsə də, Gültəkin çöldə qaldı və saçını oynatdı. Həmin yerdə taksi sürücüləri və başqa oğlanlar da var idi. Mən onu öldürmək qərarına gəldim ki, bu, öldürülməlidir, başqa yolu yoxdur. Səhər saat 8 radələrində Gültəkingilin evinə getdim və işıq sayğacının üzərindən açarı tapıb içəri daxil oldum. Silahı hazır vəziyyətə gətirdim. İçəridə heç kəs yox idi. Daha sonra çıxış qapısı ilə üzbəüz otağa baxdım və ikisinin də, yəni bacısı və Gültəkinin orada olduğunu gördüm. Mən otağa daxil olanda ikisi də yuxuda idi. Gültəkini yuxudan oyatdım və məndən niyə boşanmadığını, niyə belə etdiyini dedim. Silahı çıxarıb Gültəkinə 3 dəfə atəş açdım və qaçıb getdim. Ölməsindən əmin olmaq üçün 3 dəfə atəş açdım. Birinci dəfə atəş açandan sonra reaksiya vermədi, daha sonra ölməsindən əmin olmaq üçün 2 dəfə də atəş açdım. Atəşlər arasında dəqiqələr keçmədi, ardıcıl oldu”.

Zərərçəkmişin yaxınları isə məhkəmədə xəyanət iddialarını yalanlayıb. Onlar bildiriblər ki, Pərvizin xəyanətə görə Gültəkini öldürməsi yalandır və həyat yoldaşı ərinin qeyd etdiyi kimi bir qadın olmaayıb. Onlar əksinə Pərvizin xəyanət etdiyi, buna görə aralarında mübahisə yaşandığını bildiriblər.

Pərvizin özü də etiraf edib ki, Gültəkinin ona kimləsə xəyanət etməsini görməyib, eşitməyib. Sadəcə, geyiminə görə onda belə bir düşüncə formalaşıb.

Məlum olub ki, Pərviz Tağıyev qətli törədəndən sonra özünü videoya çəkib. O, həmin videolarda özünə bəraət qazandırmağa çalışıb:

“Bilirəm, bu videoya baxanda artıq mən həyatda olmayacam, amma mən bu yolu seçdim də, nə olur olsun. Çünki mən özümüzə bu ləkəni gətirə bilmərəm ki, Pərvizin arvadı hələ boşanmayıb belə hərəkət edir, filankəslə danışır, bəhmənkəslə danışır, filankəslə nəysə... Ona görə də mən heç vaxt, heç vaxt, nə özümüzə, nə də Tağıyevlərə heç vaxt bu ləkəni gətirmərəm, heç vaxt. İmkan vermərəm. Ona görə də bilirəm, hamınız üçün çətindi, mənim gedişim, ancaq bu 100% məcburiyyətdir”. 

O, növbəti videosunda özünü öldürəcəyi təqdirdə məzar daşına dediyi şeirdəki bu misraların yazılmasını istəyib:

“Məni yaz ağlayın, qışı çıxardıb yaz ağlayın, yazarsınız baş daşıma, bəxtsiz Pərviz yaz ağlayın”.

Qeyd edək ki, Gültəkin Eynalova Pərviz Tağıyevin dayısı qızı olub. Onlar hadisədən üç ay əvvəl evləniblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR