Ukrayna müharibəsinin dayandırılması və sülh danışıqlarının başlanması istiqamətində pərdəarxası proseslər sürətlənib.
Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, ABŞ və Ukrayna tərəfi münaqişə zonasında hava məkanında atəşkəsin elan edilməsi barədə ciddi müzakirələr aparıblar. Bildirilir ki, Ukrayna səmasında hərbi uçuşların və hava zərbələrinin dayandırılmasını nəzərdə tutan bu mühüm təklifin yaxın gələcəkdə keçiriləcək yeni sülh danışıqları raundunda rəsmi şəkildə Rusiya tərəfinə təqdim edilməsi planlaşdırılır.
Bu sensasion təklif fonunda çərşənbə axşamı günü Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında kritik və həlledici bir görüşün baş tutacağı gözlənilir.
Dövlət başçılarının müharibənin gələcək taleyini müəyyən edəcək bu sülh planının detallarını şəxsən müzakirə edəcəkləri bildirilir.
Musavat.com






