Ermənistanın yunan-Roma güləşi üzrə milli komandası 17 yaşadək idmançılar arasında keçiriləcək dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, komanda artıq hazırlıqlara başlayıb.
U-17 güləş üzrə dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək. Turnirdə müxtəlif ölkələrdən yüzlərlə idmançı iştirak edəcək. Sərbəst güləş üzrə yarışlar isə iyulun 31-də start götürəcək.
Şahanə Rəhimli
Musavat.com






