İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu BÜRCLƏRİN həyatı 180 dərəcə dəyişəcək

623 26.07.2026 14:50 Astrologiya A A

“Bəzən tale insana ən böyük hədiyyəsini verməzdən əvvəl onu ən çətin sınaqdan keçirir…”

Həzrəti Yusifin həyatı bunun ən gözəl nümunəsidir. O, bir gecənin içində Misirin xəzinədarı olmadı…

Əvvəlcə qardaşları tərəfindən quyuya atıldı. Sonra ona böhtan atıldı. Zindana salındı. İllərlə səbir etdi. Hər şey bitdi deyilən anda taleyi dəyişdi. Məhz buna görə də astroloqlar Günəş ilə Yupiterin qovuşduğu günü uzun illərdir “Yusifin Günü” adlandırırlar.

Yupiter bolluğu, bərəkəti və ilahi lütfü təmsil edir. Günəş isə həyatı, ümidi və ilahi nuru… Bu iki səma cisminin qovuşması Həzrəti Yusifin qaranlıqdan işığa uzanan yolunu simvolizə edir.

Ancaq…

2026-cı il bizə tamam başqa bir hekayə danışır. 29 iyulda baş verəcək Günəş–Yupiter qovuşması bu dəfə güclü Pluton qarşıdurması altında gerçəkləşəcək.

Bəlkə də bu il “Yusif Günü” bizə sarayı deyil…Quyunu xatırladır. Çünki bəzən tale insanı yüksəltməzdən əvvəl tək qoyur. Bəzən itirdiklərimiz…

Əslində qazanacağımız həyata hazırlıq mərhələsi olur.

Bu gün anlam verə bilmədiyimiz gecikmələr, bağlanan qapılar, yaşadığımız məyusluqlar və çətinliklər… Sabah geriyə dönüb baxanda taleyimizin ən doğru addımları olduğunu anlayacağıq. Çünki heç bir quyu dibsiz deyil…

Heç bir gecə sonsuza qədər davam etmir, heç bir səbir də qarşılıqsız qalmır.

Tale Yeni İstiqamət Alır…

Səma bizə yalnız güclü Dolunay gətirmir.

Eyni zamanda təxminən 18 ay davam edəcək yeni tale dövrünü də başlayır.

27 iyul tarixindən etibarən Ay Düyünləri Şir–Dolça oxuna keçir.

Son bir il yarım ərzində Başak–Balıq oxunda hərəkət edən Ay Düyünləri bizə çox mühüm dərslər verdi.

Nizam ilə təslimiyyət…

Nəzarət ilə axın…

Məntiq ilə intuisiya arasında tarazlıq qurmağı öyrətdi.

Anladıq ki…

Hər şeyi idarə etmək mümkün deyil.

Mükəmməl olmaq məcburiyyətində deyilik.

Bəzən plan qurmaq, bəzən isə həyatın axınına güvənmək lazımdır.

Həyat bizə göstərdi ki,

Nəzarət etməyə çalışan yorulur.

Hər şeyi tənqid edən uduzur.

Axına güvənən isə qarşısında açılan qapıları görür.

İndi isə tamamilə yeni bir sınaq başlayır.

Bu dəfə mövzu nizam deyil…

Eqodur.

Kim həqiqətən liderdir?

Kim sadəcə alqış gözləyir?

Kim cəmiyyətə fayda verir?

Kim yalnız görünmək istəyir?

Önümüzdəki 18 ay ərzində tutulmalar bu sualların cavabını ortaya çıxaracaq.

Cənub Ay Düyünü Şirdə bizdən keçmişdən gətirdiyimiz təkəbbürü, qüruru və “mən” mərkəzli düşüncə tərzini buraxmağı istəyəcək.

Şimal Ay Düyünü Dolçada isə birlikdə yaratmağı, biliyi paylaşmağı, fərqliliklərə hörmət etməyi və ortaq şüuru inkişaf etdirməyi öyrədəcək.

Bəlkə də yeni dövrün ən vacib cümləsi budur:

Təkəbbür uduzacaq…

Təvazökarlıq qalib gələcək…

Eqo uduzacaq…

Ortaq şüur qalib gələcək.

29 İyul Dolça Dolunayı: Həqiqətlər Gizlənə Bilməz

Ay Düyünlərinin yeni oxa keçməsindən cəmi iki gün sonra göydə çox güclü Dolça Dolunayı baş verir.

Bu adi Dolunay deyil.

Ayın Plutonla birləşməsi və Bos sabit ulduzu ilə təması, qarşı tərəfdə isə Günəş–Yupiter qovuşmasının Praesepe üzərində yerləşməsi astroloji baxımdan kollektiv səviyyədə mühüm hadisələrin görünə biləcəyinə işarə edir.

Uran və Neptunun dəstəkləyici aspektləri hadisələrin çox sürətlə inkişaf edə biləcəyini göstərir.

Xironun sərt aspektləri isə uzun müddət gizlədilmiş ictimai yaraların yenidən gündəmə gələ biləcəyini simvolizə edir.

Bu dövrdə:

* Beynəlxalq qurumlar və tanınmış liderlərlə bağlı gözlənilməz hadisələr yaşana bilər.

* Maliyyə sistemi, banklar, birjalar, kriptovalyutalar və iri şirkətlərdə ciddi dalğalanmalar müşahidə oluna bilər.

* Gizli sənədlər, yazışmalar və uzun müddət ört-basdır edilmiş məlumatlar üzə çıxa bilər.

* Kibertəhlükəsizlik, məlumat sızmaları və rəqəmsal platformalar daha çox müzakirə mövzusu ola bilər.

* Aviasiya, müdafiə sənayesi, süni intellekt, kosmik texnologiyalar və proqram təminatı sahəsində diqqətçəkən yeniliklər açıqlana bilər.

* Enerji sistemləri, elektrik infrastrukturu və texnoloji şəbəkələrdə problemlər yaşana bilər.

* Yanğınlar, partlayışlar, kimyəvi maddələr, limanlar və dəniz nəqliyyatı ilə bağlı hadisələr gündəmə gələ bilər.

* Güclü fırtınalar, sel, zəlzələ, vulkanik aktivlik və digər təbii hadisələr dünya gündəmində daha çox yer ala bilər.

* Təhsil, elm, texnologiya və müdafiə sənayesində mühüm ixtiralar və yeniliklər diqqət çəkə bilər.

* Diplomatiya, hüquq və beynəlxalq münasibətlərdə yeni mərhələlər başlaya bilər.

Astrologiya qorxutmaq üçün deyil…

Hazırlamaq üçündür.

Göy üzü taleyi yazmır…

Sadəcə önümüzdəki yolu işıqlandırır.

Bəlkə də bu Dolunayın bizə verdiyi ən mühüm mesaj budur: Həqiqət gec-tez üzə çıxır.

Yüksələn Bürclərə Görə Dolça Dolunayı

Qoç yüksələni: Dost çevrəniz və gələcəklə bağlı planlarınız ön plana çıxır. Kimlə eyni yolda davam edəcəyinizə qərar verəcəksiniz.

Buğa yüksələni: Karyera və ictimai mövqeyinizlə bağlı mühüm dəyişikliklər mümkündür. Əməyinizin bəhrəsini görə bilərsiniz.

Əkizlər yüksələni: Təhsil, xarici ölkələr və dünyagörüşünüzlə bağlı yeni imkanlar yarana bilər.

Xərçəng yüksələni: Maddi ortaq məsələlər və daxili transformasiya mövzuları ön plana çıxacaq. Köhnə yükü buraxmaq sizi azad edəcək.

Şir yüksələni: Münasibətlər və ortaqlıqlar sınaqdan keçəcək. Həqiqətlər üzə çıxacaq.

Qız yüksələni: İş, gündəlik həyat və sağlamlıqla bağlı yeni qərarlar qəbul edə bilərsiniz.

Tərəzi yüksələni: Sevgi, yaradıcılıq və övladlarla bağlı mövzular canlanacaq.Qəlbinizin səsinə qulaq asın.

Əqrəb yüksələni: Ev və ailə ilə bağlı mühüm dəyişikliklər ola bilər. Keçmişlə barışmaq gələcəyinizi gücləndirəcək.

Oxatan yüksələni: Ünsiyyət, yaxın çevrə və təhsil mövzularında mühüm xəbərlər ala bilərsiniz.

Oğlaq yüksələni: Maliyyə və şəxsi dəyərləriniz yenidən formalaşır. Büdcənizi və planlarınızı nəzərdən keçirin.

Dolça yüksələni: Dolunay birbaşa sizin bürcünüzdə baş verir. Həyatınızda yeni bir səhifə açılır.

Balıqlar yüksələni: Ruh dünyanız və keçmişlə bağlı mövzular gündəmə gələ bilər.

TUNU SON.jpeg (116 KB)

Tünzalə Rafiqqızı, jurnalist-astroloq

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR