İnsanlara hürriyət, millətlərə istiqlal!

Narek Karapetyanın Ermənistandan çıxışına qadağa qoyuldu

1249 12.06.2026 21:39 Dünya A A

"Güclü Ermənistan" Partiyasının liderlərindən biri - Narek Karapetyanın ölkəni tərk etməsinə məhdudiyyət tətbiq olunub.

Bu barədə siyasətçi özünün sosial şəbəkəsində yayımladığı video müraciətdə məlumat verib.

O qeyd edib ki, qadağa barədə Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars məntəqəsinə getmək istəyərkən öyrənib. 

Karapetyan çəkiliş qrupu ilə birlikdə Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyəti araşdırmağı planlaşdırdığını vurğulayıb:

"Lakin Ermənistanın sərhəd xidməti mənə həmin əraziyə səfərimin qadağan edildiyini bildirdi və çıxışıma məhdudiyyət qoydu".

Qeyd edək ki, Narek Karapetyan "Güclü Ermənistan" Partiyasının rəhbəri, sahibkar Samvel Karapetyanın qardaşı oğludur./Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR