İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya yenə BOMBALAR yağır: Şəhərə HÜCUM davam edir, aeroportlar İFLİC oldu

950 19.06.2026 15:53 Son xəbər A A

Ukraynanın Moskvaya dron hücumu davam edir. Moskva meri Sergey Sobyanin bir saat ərzində 35 dronun vurulduğunu bildirib. Onun sözlərinə görə, təcili yardım xidmətləri dağıntıların düşdüyü yerdə çalışır.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Moskvaya və Moskva vilayətinə təxminən 200 dronla hücum edib. Bu, son iki ildə Rusiya paytaxtına edilən ən böyük dron hücum olub.

“Rosaviasiya”dan isə bildirilib ki, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin uçuşu və enişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

“Rusiya Ukraynada obyektlərə zərbələr endirməyə davam edəcək”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 18-də Rusiya paytaxtına edilən kütləvi hücumu şərh edərkən bildirib.

“Bu zərbələr davam edəcək”, - Peskov deyib. Putinin sözçüsü “nə olursa-olsun” Hava Hücumundan Müdafiə sistemlərinin yüksək göstərici nümayiş etdirdiyini qeyd edib.

Yeri gəlmişkən, Ukraynanın müdafiə naziri Mixailo Fyodorov 35-ci “Ramştayn” formatlı görüşünün yekunlarına dair açıqlama verib.

Nazir tərəfdaş ölkələrin Ukrayna ordusuna 4 milyard dollar dəyərində yeni və irihəcmli hərbi yardım paketi ayırdığını elan edib.

M.Fyodorov vurğulayıb ki, builki beynəlxalq hərbi dəstək artıq birbaşa cəbhədə ən effektiv və real nəticə verən strateji istiqamətlərə konsentrasiya olunub. Nazirin sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin əsas prioritetləri dəyişməz qalır: PURL proqramı (hava hücumundan müdafiənin gücləndirilməsi), uzaqmənzilli artilleriya və yerli istehsal olan pilotsuz uçuş aparatları (PUA).

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi tədqiqatçı Çingiz Məmmədovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR