İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan İrəvana daha bir zərbə - bu məhsulun idxalı tam dayandırıldı

906 26.06.2026 22:15 Dünya A A

Rusiya Ermənistan istehsalı olan bütün balıq məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib.

Musavat.com xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) Ermənistan istehsalı olan bütün balıq məhsullarının ölkəyə idxalını tam dayandırıb.

Müvəqqəti qadağa daha əvvəl gücləndirilmiş nəzarət altında Rusiyaya ixracına icazə verilən son iki şirkət – “MF Export” və “İnvest Plyus”a da şamil olunub.

Qurum qərarı aşkarlanmış pozuntularla izah edib. Bildirilib ki, Ermənistan tərəfi iradları aradan qaldırıb bunu təsdiqləyən sənədləri təqdim edənədək balıq məhsullarının Rusiyaya tədarükünə qoyulan qadağa qüvvədə qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR