“Koreya Respublikası öz ərazisində Amerikanın “Typhon” raket sistemini yerləşdirərsə, Rusiya müvafiq cavab verəcək”.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a verdiyi müsahibədə bildirib.
O bildirib ki, hadisələr bu şəkildə inkişaf edərsə, bu, Rusiyanın təhlükəsizliyinə təhdid kimi qəbul ediləcək və müvafiq cavabı tələb edəcək.
Rudenko qeyd edib ki, hazırda Rusiya Xarici İşlər Nazirliyinin Koreya Respublikasının belə bir addım atmaq niyyəti barədə heç bir məlumatı yoxdur.
Qeyd edilir ki, Amerikanın “Typhon” raket sistemləri təxminən 2000 km mənzilli SM-6 çoxməqsədli raketləri və “Tomahawk” qanadlı raketlərini atmaq üçün istifadə edilə bilər./KONKRET.az






